Azərbaycan: OONI Probe Test üçün çağırış


This is a guest post by Arzu Geybullayeva (Azerbaijan Internet Watch), originally published here.


Azerbaijan Internet Watch Azərbaycanda internet senzurasını izləyir və bu çərçəvədə aşkar etdiyi pozuntuları öz səhifəsində sənədləşdirir. Bu barədə daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Layihənin bir vacib cəhətlərindən biri də ölkədə bloklanan veb səhifələri izləmək ve bu bloklamaların necə baş verdiyini araşdırmaqdır. Bu barədə isə daha ətraflı buradanburadan məlumat əldə edə bilərsiniz.

Gördüyünüz kimi, bu testleri aparmaq üçün Azerbaijan Internet Watch OONI ilə əməkdaşlıq edir. OONI dünyada internet senzurasının şəffaflığını artırmağı hədəfləyən layihədir.

OONI bunu necə edir?

Azərbaycan da OONInin izlədiyi ölkələr arasında yer alır.

OONİ ilə bir yerdə ölkədə hansı texniki avadanlırqlardan istifadə edildiyini, provayderlərin veb sehifələrini necə blokladığını və bu qərarların necə verildiyini araşdırırıq.

Amma bunun üçün köməyinizə ehtiyacımız var

Bu testləri həm kompüter həm telefon vasitəsi ilə etmək mümkündur. Və bu testləri tətbiq etmək üçün texniki mütəxəssis olmağa ehtiyac yoxdur.

Windows və macOS istifadəçilərin diqqətinə

Əgər siz Windows və/vəya macOS istifadəçisinizsə bu zaman aşağıda verilən göstərişlərlə araşdırmanı dəstəkləyə bilərsiniz:

  1. OONI Probe desktop tətbiqini yükləyin və quraşdırın;
OONI Probe Desktop
  1. OONI Probe desktop tətbiqini açanda qarşınıza bir neçə “kart” çıxacaq (şəkildə görüldüyü kimi). Buradan Websites card/ veb səhifələr kartını seçib “Run”/“test et” düyməsina basın (bloklanan veb səhifələri ölçmək üçün);

  2. Veb səhifələr kartından əlavə, yenə OONI Probe desktop tətbiqin içində olan bir başqa kart - Circumvention card (bloklanan veb səhifələrin girişinə məhdudiyyəti ortadan qaldıran proqramları test etmək üçün istifadə edilən Tor vəya Psiphon VPN proqramları kimi) seçib, “Run”/“test et” düyməsina basın - beləcə bu cür proqramların da ölkədə bloklanıb bloklanmadığını görmək olar.

Nəzərinizə çatdırırıq ki veb səhiflələrin test edilməsi bir neçə saad ala bilər.

Testlərin nəticələrini OONI Probe tətbiqi içində “Test Results”/”test nəticələri” bölməsində görmək mümkündür. Ayrıca nəticələrin hamisi OONI Explorer səhifəsində də dərc olunur.

Android və iOS istifadəçilərin diqqətinə

Əgər siz Android və/vəya iOS istifadəçisinizsə bu zaman aşağıda verilən göstərişlərlə araşdırmanı dəstəkləyə bilərsiniz:

  1. Telefona OONI Probe mobil tətbiqini yükləyin;
OONI Probe Mobile
  1. WiFi ilə qoşulanların nəzərinə:
  1. mobil data ilə qoşulanların nəzərinə:
  1. VPNləri test etmək üçün bu səhifədən https://ooni.org/get-involved/run/VPNs” düyməsini seçin, və OONI Probe mobil tətbiqiniz ilə açib yenə, “Run”/”test et” düyməsinə basın.

Testlərin nəticələrini OONI Probe tətbiqində “Test Results”/”test nəticələri” bölməsindən görmək mümkündür. Ayrıca nəticələrin hamisi OONI Explorer səhifəsində də dərc olunur.

VACİB

  1. test etməyə başlamadan WiFi-yə qoşulun əks halda mobil datanızdan xeyli gedəcək;

  2. bu testləri edəndə VPN-ə bağlı olmadığınızı yoxlamağı unudmayın.

İndidən hamıya təşəkkürlər.